Yunanıstanda 100% seçki məntəqələrində bülletenlərin hesablanmasının nəticələrinə əsasən, 61,31% seçici kreditorların tələblərinə “yox”, 38,69% seçici isə “hə” deyib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yunanıstan DİN-nin saytında məlumat verilib.
5,8% bülleten etibarsız sayılıb.
Xatırladaq ki, Yunanıstan hökuməti vətəndaşlara bu ilin mayın 25-də Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və BVF-nin təqdim etdiyi saziş layihəsinin qəbul edilməsinə “yox” və ya “hə” cavabı verməyi təklif etmişdi.
Öncə baş nazir Aleksis Tsipras borc böhranından çıxmaq üçün hökuməti birləşmək və daha güclü olmağa çağırıb.
www.oxu.az