Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zakir Həsənov İsrail Katzla görüşüb
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Təl-Əviv şəhərində rəsmi səfərdədir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri İsrail Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə görüşüb.
Ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Rəsmi səfər zamanı Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.
İsrailin müdafiə naziri İsrail Katz Təl-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
Görüş zamanı İ.Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.
İsrail müdafiə naziri İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.
"İsrail" teqi üzrə xəbərlər
- İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
- İran xüsusi iclasın keçirilməsini istədi
- İranda daha bir nüvə alimi həyat yoldaşı ilə birlikdə İsrailin zərbəsi nəticəsində ölüb
- İranda Fələstinin "Qüds" qüvvələri korpusunun iki komandiri öldürülüb
- Cey Di Vens: "Tramp İranın nüvə proqramını dayandırmaq üçün zəruri olan hər şeyi edəcək"