Londonda Zambiya prezidenti Maykl Sata dünyasını dəyişib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Hökumət məmurlarından məsələ ilə bağlı şərh daxil olmayıb, Satanın hansı xəstəlikdən müalicə aldığı bildirilmir.
Sentyabrın sonunda Zambiya rəhbəri Nyu-York xəstəxanalarından birinə yerləşdirilmişdi. Afrika dövlətinin başçısı BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxış etməli olsa da, iclasa gələ bilməmişdi.
Bundan başqa, məlumdur ki, cari ilin iyununda Sata İsrail xəstəxanalarından birini ziyarət edərək, orada bir aya yaxın müalicə alıb.
Maykl Sata 2011-ci ildə Zambiya prezidenti seçilib. Bunadək o, 2001, 2006 və 2008-ci illərdə namizədliyini irəli sürsə də, seçkiləri uduzmuşdu.
A.İ
www.oxu.az