Zambiyanın mərkəzindəki Kopperbelt əyalətində yerləşən mis mədəni çöküb.
Bu barədə ölkənin daxili işlər naziri Cek Mviimbu məlumat verib.
O qeyd edib ki, mədənin çökməsi nəticəsində ən azı 30 nəfər dağıntılar altında qalıb.Onun sözlərinə görə, hadisə qanunsuz neft hasilatı ilə tanınan rayonda baş verib.
Zambiyanın Mədən və Mineral Ehtiyatlar Nazirliyi isə sözügedən hadisənin baş verdiyi ərazinin yoxlanılmasının zəruriliyini əsas gətirərək şərh verməkdən imtina edib.
Verilən məlumata görə, həmin ərazidə dünyanın ən böyük açıq mis mədənlərindən biri yerləşir.
Mənbə: TASS