Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaxarova Ermənistanın Roma Statutunu ratifikasiya etməsinin səbəbini izah edib - VİDEO
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya edərkən Ermənistan müstəsna olaraq siyasi motivləri rəhbər tutub.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib.
Diplomat qeyd edib ki, Moskva İrəvana Roma Əsasnaməsini ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə etməyi təklif edib, lakin erməni tərəfi kompromis yollarına məhəl qoymayıb.
“Bütün xəbərdarlıqlara rəğmən, xüsusən də Qərbin BCM vasitəsilə ölkəmizin rəhbərliyinə və məmurlarına qarşı başlatdığı anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi motivlərlə sənədi ratifikasiya etmək qərarına gəlib. Əgər İrəvan öz əlləri ilə yaradılmış problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var”, - Zaxarova bildirib.
Zaxarova xatırladıb ki, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin oktyabrın 9-da verdiyi müsahibədə Beynəlxalq Cinayət Məhkəməsinin qaydalarının Roma Statutunu ratifikasiya etmədən də ölkələrin BCM-ə müraciət etməyə imkan verdiyinə diqqət çəkib.

"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Rusiya Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır
- Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü nə vaxt baş tutacaq? - Zaxarovadan AÇIQLAMA
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Zaxarova: "Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir"
- Zaxarova Zelenski barədə: "Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar?!"