“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın guya bu ölkədə dövlət çevrilişinə çağırışları ilə bağlı dediyi sözlərin heç bir əsası yoxdur, Moskva heç vaxt belə şeyə hətta eyham belə vurmayıb”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə söyləyib.
Diplomat qeyd edib ki, Rusiya rəsmiləri heç vaxt qanuni yolla seçilmiş hakimiyyəti devirməyə çağırış etməyiblər.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi həm İrəvanın indiki hakimiyyətinə, həm İrəvanın əvvəlki hakimiyyətlərinə, həm də ümumiyyətlə, istənilən suveren dövlətə münasibətdə oxşar yanaşma nümayiş etdirib.
Zaxarova Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi ittihamlara cavab verdi - VİDEO
Mənbə: TASS
Rəylər