Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rosnano” korporasiyasının rəhbəri Anatoli Çubaysın “Dom-2” realiti-şouya keçmək təklifinə cavab verib.
Oxu.Az xəbər verir ki, diplomat Çubaysın maraq dairəsinə daxil olan məsələlərdən təəccübləndiyini bildirib.
“Bilmirdim ki, Anatoli Borisoviç “Dom-2” şousuna baxır”, - deyə o özünün “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, Çubays Zaxarovanın “Dom-2” realiti-şousu layihəsinin aparıcısı Olqa Buzovanın yerinə təyin edilməsi təşəbbüsü ilə çıxış edib.
Çubays-Zaxarova mübahisəsi “Rosnano” rəhbərinin Rusiyada iqtisadi durum haqqında sözlərindən sonra başlayıb.