Moskva Rusiyalı diplomatları qovmağa qərar vermiş bütün ölkələrə qarşı müvafiq cavab tədbirləri qəbul edəcək.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu bəyanatı Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalının efirində səsləndirib.
“Bu gün gördüklərimizin, əlbəttə ki, hər birinə cavab veriləcək. Bütün ölkərə qarşı müvafiq ölçülər qəbul olunacaq: söhbət həm diplomatların deportasiyasından, həm də Rusiyanın ABŞ-dakı, daha dəqiq desək Sietl şəhərindəki baş konsulluğunun bağlanmasından gedir” deyə Zaxarova bildirib.
XİN rəsmisinin sözlərinə görə, baş verənlər mütləq, geniş-miqyaslı və heç kimin gizlətmədiyi “rusofobiya” kampaniyasıdır.
Zaxarova əlavə edib ki, Moskva üçün Qərb ölkələrinin bu gedişatı gözlənilən olub.
F.M.
www.oxu.az
Rəylər