Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zaxarova: “Rusiyanın iştirakı olmadan “Taxıl Sazişi” istiqamətində fəaliyyətdən söhbət gedə bilməz” - VİDEO
“Rusiyanın iştirakı olmadan “Taxıl Sazişi” istiqamətində aparılan hər hansı fəaliyyətdən söhbət gedə bilməz”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru jurnalistinin sualını cavablandırarkən deyib.
O vurğulayıb ki, taxıl sazişi məsələsi Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin XİN başçısı Hakan Fidanın avqustun 31-nə keçirilməsi gözlənilən danışıqlarda müzakirə mövzularından biri olacaq.
Rusiyalı diplomat qeyd edib ki, Qara dəniz təşəbbüsünü bərpa etmək üçün bütün tərəflər Moskvanın maraqlarını tam şəkildə nəzərə almalıdırlar.
"Hakan Fidan" teqi üzrə xəbərlər
- Hakan Fidan və Sergey Lavrov regional məsələləri müzakirə ediblər
- Hakan Fidan: "Bizim üçün Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamaq prioritetdir"
- Yeni siyasi vəziyyətdə güclü Türkiyə amili əsas rol oynayacaq - "Kaspi"nin şərhi
- Hakan Fidan Fransanın Suriya reaksiyasına od püskürdü: "Mən də PKK-çıları Fransada həbs edim"
- Hakan Fidan: "Türkiyə İlham Əliyevin regionda sülh istiqamətində qərarlı addımlarını dəstəkləyir"
Rəylər