Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaxarovadan ABŞ-a “səhv” ÇAĞIRIŞI
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ qoşunlarının İraqdan çıxarılmayacağı ilə bağlı məlumatlara münasibət bildirib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın İraqdan qoşunlarının çıxarılmaması barədəki bəyanatında “səhv” sözünə diqqət çəkib.
O, ABŞ-a səslənib ki, bəyanatda “səhv” sözünün işlədilməsini boyunlarına alsınlar.
“Əks halda yenidən “rus hakerləri”ni təqsirləndirəcəklər”, - deyə M.Zaxarova bildirib.
ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin komitə sədri Mark Milli jurnalistlərə açıqlamasında demişdi ki, ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı məktub səhvən yayımlanıb.
Xatırladaq ki, məktubun mətni mediada dərc edildikdən sonra Pentaqon rəhbəri Mark Esper ABŞ-ın İraqdan qoşunlarını çıxarmaq qərarına gəlmədiyini bəyan edib.
Xatırladaq ki, yanvarın 3-də Bağdadda ABŞ-ın aviasiyasının raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymani öldürülüb.
Aqşin Kərimov
"İran" teqi üzrə xəbərlər
- Keçmiş nazir İran rejimini rüsvay etdi
- BMT İranın uran ehtiyatları ilə bağlı təcili iclas keçirəcək
- İran XİN: "Trampdan heç bir məktub almamışıq"
- "Haber Global"da Tehranla Vaşinqton arasındakı nüvə gərginliyi müzakirə edilib
- Ermənistanın Araz çayını çirkləndirməsi Tehranla İrəvan arasında ekoloji gərginlik yarada bilər