Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zelenski: "ABŞ-yə 10 sent belə borc qaytarmayacağam"
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ ilə razılaşdırdığı faydalı qazıntılar üzrə sövdələşmənin bəzi detallarını açıqlayıb.
Oxu.Az "Kanal24"ə istinadla xəbər verir ki, o bu barədə keçirdiyi brifinqdə məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, razılaşma Ukrayna-ABŞ birgə fondunun yaradılmasını nəzərdə tutur: "Pullar haqqında danışmaq hələ tezdir, çünki bu, çərçivə sazişidir".
O, qeyd edib ki, razılaşmada Ukraynanın ABŞ-nin hər dollarına görə Ukraynanın iki dollar ödəməli olduğuna dair bənd yoxdur. Prezident bu bəndi mənasız adlandırıb.
V. Zelenski, həmçinin qeyd edib ki, sənəddə 500 milyard dollar borc yoxdur: "Prezident üçün ən başlıcası o idi ki, biz borclu olmayaq. ABŞ ilə bu razılaşmada 10 sent borcu belə qaytarmacağam".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə nadir elementləri üzrə sövdələşmənin bir trilyon dollara çata biləcəyini bəyan edib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Ukraynaya dəstək üçün böyük məbləğ - təxminən 350 milyard dollar xərcləyib və hazırda dövlət başçısı bu vəsaiti Ukraynanın faydalı qazıntılarına çıxış yolu ilə geri qaytarmaq istəyir.
"Ukrayna" teqi üzrə xəbərlər
- Avropa Komissiyası Ukrayna ilə razılaşmaya aydınlıq gətirib
- Üç Avropa ölkəsi Ukraynaya qoşun yeritməyə hazırdır
- Ukrayna yenidənqurma layihələrinin siyahısını Türkiyəyə təqdim edib
- ABŞ Ukraynaya hərbi yardımı dayandırıb: Tramp təsdiqlədi
- Ukrayna ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa razılıq verib