“Azərbaycan minatəmizləmə avadanlıqları da daxil olmaqla yeni humanitar paket təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir. Ukraynanın tərəfdaşlarından bu avadanlıqları qəbul etməyə ehtiyacı var. Bu, həmçinin Ukraynada istehsal əsaslı olmalıdır ki, biz torpaqlarımızı Rusiya minalarından təmizləyə bilək. Və bu vəzifə onilliklərlə deyil, yaxın illər ərzində tamamlanmalıdır”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi gecə videomüraciətində bildirib.
Ukrayna lideri bildirib ki, hazırda ümumilikdə 174 000 kvadrat kilometr ərazi minalar və partlamamış sursata görə təhlükəlidir.
“Mütəxəssislərimiz hər gün yüzlərlə partlayıcı obyekt aşkarlayır. Və nə qədər çox minatəmizləyici maşınlarımız, xüsusi minatəmizləmə aparatlarımız olsa, təhlükəsizliyimizi bir o qədər fəal şəkildə bərpa edə biləcəyik. Bizə kömək edən hər bir ölkəyə təşəkkür edirik”, - deyə V Zelenski vurğulayıb.
View this post on Instagram
"Ukrayna" teqi üzrə xəbərlər
- 2014-cü ildə Ukraynada dövlət çevrilişinin arxasında kim dayanırdı?
- Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi
- Avropa Parlamentinin yeddi deputatı Ukraynanın qalmaqallı saytının siyahısına salındı
- Fransa hərbçilərinin Ukraynada olduğu təsdiqləndi
- Baydendən Zelenski ilə bağlı ilginc etiraf
Digər xəbərlər