Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zelenski F-16 qırıcısının qəzaya uğramasına görə HHQ komandanını vəzifədən qovdu
Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Oleşuku Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri vəzifəsindən azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat verilib.
Zelenski daha sonra Oleşukun işdən çıxarılmasına münasibət bildirib.
"Mən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandirini əvəz etmək qərarına gəldim. Mən bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş qruplarının əsgərlərinə, hava hücumundan müdafiə üzvlərinə sonsuz minnətdaram. Bu, komanda səviyyəsində də lazımdır - biz güclənməliyik və insanların qayğısına qalmalıyıq", - Zelenski vurğulayıb.
Qeyd edək ki, HHQ komandirinin işdən çıxarılması avqustun 26-da Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğraması fonunda baş verib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandiri səlahiyyətlərini müvəqqəti olaraq Anatoli Krivonojko icra edəcək.
"Ukrayna Silahlı Qüvvələri" teqi üzrə xəbərlər
- Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR
- Ukrayna ABŞ silahlarını Meksika narkokartellərinə satır - ŞOK İDDİA
- Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu
- Ukraynanın neçə minlik ordusu var? - Zelenski AÇIQLADI
- Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı