Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zelenski G7 liderlərinə müraciət etdi
Belçika paytaxtında “Böyük yeddilik” (G7) ölkələri liderlərinin iclası keçirilib.
İclasda ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliya Baş naziri Mario Draqi, Kanada Baş naziri Castin Trüdo, Yaponiya Baş naziri Kişido Fumio, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO Baş katibi Yens Stoltenberq iştirak edib.
Toplantıda əsas müzakirə mövzusu Ukraynadakı müharibə olub.
Ölkə prezidenti Volodimir Zelenski də görüşə onlayn qatılıb.
O, G7 ölkələrini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukrayna üçün təhlükəsizlik təminatları yaratmağa çağırıb.
Dövlət başçısı “Böyük Yeddilik” ölkələrindən Rusiyanın qlobal naviqasiya sistemindən (GPS) ayrılmasını, həmçinin bütün banklarının dünya maliyyə sistemindən təcrid edilməsini istəyib.
Mənbə: nv.ua
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada islamofob şəxsin törətdiyi terrorda ölənlərin sayı artdı
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək
Rəylər