Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zelenski: "İstanbulda danışıqlar bu gün və ya sabah keçirilə bilər"
"Kiyev İstanbulda Ukrayna və Rusiya arasında danışıqların vaxtı ilə bağlı ABŞ və Türkiyədən aydın siqnallar gözləyir. Danışıqlar bu gün və ya sabah baş tuta bilər".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi danışıqların dəqiq vaxtını deyə bilməz.
V.Zelenski vurğulayıb ki, Ukrayna Rusiya ilə danışıqlarda maraqlıdır və görüşün hər bir halda baş tutacağına ümid edir:
"Heç kim sülhə gətirib çıxara biləcək ən kiçik addıma belə etinasızlıq göstərməyəcək. Bizim mövqeyimiz konstruktiv olaraq qalır".
"Rusiya-Ukrayna danışıqları" teqi üzrə xəbərlər
- Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçiriləcək?
- Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verdi
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"