Ukrayna Prezidenti Volodimir Zelenski son günlər ordu rəhbərliyi ilə bir sıra məsləhətləşmələr apardığını və bu istiqamətdə yeni qərarlar hazırlandığını bildirib.
Oxu.Az xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb.
"Son iki gündə çoxlu məsləhətləşmələr olub. Təbii ki, insanların nə dediyini eşidirəm. Bu gün Mixail Fedorovla uzun söhbət etdim. Həmçinin, Aleksandr Sırski ilə də danışdıq. Ordu ilə bağlı müvafiq qərarlar hazırlanacaq", - deyə Ukrayna lideri bildirib.
Zelenski, həmçinin ölkəsinin müdafiəsinə töhfə verən şəxslərə və cəbhədə mövqelərini qoruyan hərbçilərə təşəkkürünü çatdırıb:
"Ukraynanın taleyinə biganə qalmayan hər kəsə təşəkkür edirəm. Cəbhədə mövqelərimizi qoruyan, müharibəni başladığı yerə - Rusiyaya qaytarmağa çalışan bütün hərbçilərimizə minnətdaram".