Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zelenski Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya tətbiq etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiyaların tətbiq edildiyi barədə fərman imzalayıb.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Məhdudiyyətlərə məruz qalan şəxslər siyahısına xüsusilə Budapeşt və Macarıstanın mitropoliti İllarion (Alfeyev), kilsənin cəmiyyət və KİV-lə əlaqələr üzrə sinodal şöbəsinin rəis müavini Vaxtanq Kipşidze, Moskva və Bütün Rusiya Patriarxı Kirillin müşaviri Nikolay Balaşov, Vladimir və Suzdal mitropoliti Tixon (Emelyanov) və başqaları daxil ediliblər.
Sanksiyalar hesabların bloklanması, iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması, mədəni mübadilələrin və əməkdaşlığın dayandırılması, Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi və s. nəzərdə tutur. Bu məhdudiyyətlər altı nəfər barəsində 30 il müddətinə, qalanlarına isə beş il müddətinə tətbiq edilib.
Mənbə: TASS
"Macarıstan" teqi üzrə xəbərlər
- Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi
- Orban: "ABŞ-nin xarici yardımı Macarıstanda hökumətin devrilməsinə xərclənib"
- Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub
- Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq
- Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırdı