Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, Belarus və Çində süni intellekt elementlərinin olduğu dron istehsal edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az-ın Strana.ua-ya istinadla verdiyi xəbərə görə, məhdudiyyətlər 39 fiziki şəxsə və 55 şirkətə (43 Rusiya, 10 Çin, iki Belarus şirkəti) qarşı tətbiq edilib.
Yeni sanksiyalar Rusiyanın onlarla müdafiə müəssisəsinə, bu ölkənin hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən xarici firmalara və şirkət rəhbərlərinə şamil edilir.
Tətbiq olunan məhdudiyyətlər aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının qadağan edilməsini və texnologiyalara çıxışın məhdudlaşdırılmasını nəzərdə tutur.