Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Xarkova raket hücumunun nəticələrinin görüntülərini paylaşıb. Kadrlarda yerlə bir olmuş mətbəə və axtarış-xilasetmə əməliyyatı əks olunub.
Qeyd edilir ki, hücum nəticəsində yeddi nəfər həlak olub, 21 nəfər yaralanıb.
Ukraynanın dövlət başçısı həmçinin 50 min kitabın məhv olduğunu vurğulayıb.