Bir neçə gün öncəyə kimi heyvanlara qəddar münasibət haqqında çəkilən “Yer sakinləri” (“Earthlings”) haqqında çox az adam bilirdi, axtarış sistemində isə tək-tük müraciətlər olurdu. Ukraynanın Lutsk şəhərindən olan terrorçunun prezident Vladimir Zelenskiyə müraciətindən sonra filmin populyarlığı həddən artıq yüksəlib.
Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.
Ancaq “platoya çıxdıqdan” 20 dəqiqə sonra sorğuların sayı iki dəfə azalıb, üç saatdan sonra isə adi səviyyəyə düşüb.

Filmi ən çox Ukraynadan olanlar axtarıb, Rusiya ikinci yerdədir. Beşliyi Belarus, Moldova və Qazaxıstan bağlayıb.
Xatırladaq ki, iki dəfə məhkum olunmuş Maksim Krivoş iyulun 21-də Lutskda sərnişinlərlə dolu avtobusu qaçırıb. O, dövlət başçısından vətəndaşları “Yer sakinləri” filminə baxmağa çağırmağı tələb edib. Prezident bu tələbə əməl edib. O, sosial media hesabında yaydığı videomüraciətdə deyib: “2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”.