Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zelenskiyə Ukrayna dilində danışmağa İCAZƏ VERİLMƏDİ
Ukrayna Prezidenti Volodimir Zelenskiyə Münhen Təhlükəsizlik Konfransı zamanı Ukrayna dilində danışmağa icazə verilməyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ura.ru" nəşri məlumat verib.
Məlumata görə, o, konfransda öz ölkəsinin dilində danışmaq niyyətində olub, lakin təşkilatçılar buna imkan verməyiblər.
"Mən Ukrayna dilində danışa bilərəm?", - deyə Zelenski soruşub.
"Xeyr", - deyə konfransın moderatoru cavab verib.
Belə sürətli rədd cavabından sonra, zalda gülüş səsləri eşidilib.
Qeyd edək ki, 61-ci Münhen Təhlükəsizlik Konfransının fevralın 14-dən 16-dək keçirilməsi nəzərdə tutulub. Bu konfrans beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün dünyanın aparıcı forumlarından biri hesab olunur.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Trampla Zelenskinin mübahisəsinin pərdəarxası: Qəsdən olub?
- Zelenski Ukrayna ordusunun digər dövlətlərə göndərilməsinin mümkünlüyü haqqında qanunu imzaladı
- Hindistanın Baş naziri Narendra Modi Zelenskiyə müraciət edib
- Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdi
- Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqladı