Rusiya Prezidenti Vladimir Putin bütün dövlət başçıları, o cümlədən Fransa lideri Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə dialoqa açıqdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisi - "Əgər Kremlə Makron və ya Merts zəng etsə, Putin nə edəcək?" - sualına cavab olaraq, "O da dəstəyi qaldıracaq. O, hamı ilə dialoqa açıqdır", - deyə qeyd edib.
Rusiya prezidentinin, həmçinin Ukrayna lideri Volodimir Zelenski ilə də telefon danışığına hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov hələlik kimsənin zəng etmədiyini vurğulayıb.