Türkiyə Silahlı Qüvvələri (Genelkurmay Başkanlığı - red.) “Zeytun budağı” əməliyyatının 14-cü günündə yeni açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, açıqlamada Afrində gecə həyata keçirilən hava əməliyyatında altı hədəfin məhv edildiyi və daha 12 terrorçunun öldürüldüyü bildirilib.
Bununla da, öldürülən PKK, YPG, PYD və İŞİD-çi terrorçuların sayı 823-ə çatıb.
Kamil HƏMZƏOĞLU
www.oxu.az