Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir
"Apple"ın son əhəmiyyətli yeniliyi Stiv Cobsun təqdim etdiyi "iPhone" olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsi və "WhatsApp" mesencerinin sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zukerberq Co Roqanın podkastında deyib.
Söhbət zamanı Roqan bir şirkətdən asılı olmaq istəmədiyi üçün "iPhone"dan "Android"ə keçdiyini söyləyib.
Zukerberq "Apple"ın qaydalarının digər istehsalçılar üçün maneələr yaratdığı ilə razılaşıb. O qeyd edib ki, qapalı ekosistem xüsusilə "AirPods" kimi məhsullarda rəqabəti məhdudlaşdırır və istifadəçiləri daha da yaxşı cihazlardan məhrum edir.
O, həmçinin "Apple"ın öz ekosistemi ilə bağlı siyasətini tənqid edib.
Podkast zamanı Zukerberq sosial şəbəkələrə senzura tətbiq edən, hətta memlərin silinməsini tələb edən Bayden administrasiyasının hərəkətlərindən narazılığını bildirib və kəşfiyyat orqanlarının "WhatsApp" istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib.

"Mark Zukerberq" teqi üzrə xəbərlər
- Trampın inaqurasiyasında iştirak etmiş milyarderlər 209 milyard dollar itiriblər
- Mask supermilyarderlər reytinqində liderliyi ələ aldı
- Smartfonlar erasının sonu gəlir: Zukerberq yaxın 10 ildə onların nə ilə əvəz olunacağını açıqladı
- Zukerberq Trampla qonşu olmaq istəyir
- Zukerberqin dekolteyə baxışı, ardınca fotonu bəyənmə: Bukmeykerlər boşanmaya mərclər qəbul edir