23 
May
2018
15:45
46
296
10126
Virtual karabakh

Bakıda evlərin qiyməti bahalaşacaq - AÇIQLAMA

23 May, 2018
15:45
10126

Bakıda evlərin qiyməti bahalaşacaq - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşınmaz əmlak bazarında aylıq qiymət artımı bazarın, demək olar ki, bütün seqmentlərini əhatə edib.

Oxu.Az-a bunu açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib. 

O bildirib ki, ilkin mənzil bazarında qiymətlər 3,98 faiz, təkrar mənzil bazarında 3,44 faiz, torpaq bazarında 1,06 faiz, mənzil kirayəsi bazarında 0,39 faiz, kommersiya obyektləri bazarında 4,44 faiz artıb. 

Ötən ilin aprel ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 0,87 faiz azalıb:

“2017-ci ilin aprel ayı ilə müqayisədə təkrar mənzil bazarında qiymətlər 2,28 faiz, kommersiya obyektləri bazarında 10,88 faiz azalıb. Eynilə ilkin mənzil bazarında 0,27 faiz, torpaq bazarında 7,01 faiz, mənzil kirayəsi bazarında 2,43 faiz artım müşahidə olunub. Kommersiya obyektlərinin icarəsi bazarında qiymətlər dəyişməz qalıb”.

Ekspert deyib ki, aylıq bahalaşma qeydə alınsa da, ilin əvvəli ilə müqayisədə qiymətlər stabilləşib. 

Qarşıdakı aylarda bazarda qiymət artımlarını istisna etməyən mütəxəssis bildirir ki, ilin sonuna qədər artım 10 faiz təşkil edəcək.

O bazarda aktivliyin əvvəlki aylarla müqayisədə bir qədər artdığını söyləyib. 

Neftin bazar qiymətinin yüksəlməsinin daşınmaz əmlak bazarına təsirlərinə gəlincə, N.İbrahimov deyir ki, neftin qiyməti ilə daşınmaz əmlak bazarında asılılıq var: 

“Bu asılılıq, yəni neft bazarındakı proseslər daşınmaz əmklak bazarına altı ay müddətində təsir edir. Daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barel/kv.m ətrafındadır. Hazırda daşınmaz əmlak bazarında qiymətlər bu göstəricidən aşağıdır. Bu səbəbdən artım qaçılmazdır”.

Qeyd edək ki, dünya bazarlarında 1988, 1998 və 2008-ci illərdə neft birjalarında müşahidə edilən qiymət böhranı özünü digər sahələrlə müqayisədə daha çox daşınmaz əmlakın qiymətlərində büruzə verdi. Hətta baxmayaraq ki, 1999-2000-ci illərdə Azərbaycanın neft istehsalı hələ aşağı səviyyədə idi və yenə də dünya birjalarında neftin qiymətində baş verən tənəzzül Bakı şəhərində daşınmaz əmlakın qiymətlərini iki dəfəyə yaxın endirdi.

Son 20 ildə daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barel/kv.m ətrafında olub. Bu illər ərzində ən yüksək göstərici 1998-ci ilin əvvəlində 41,4 barrel/kv.m, ən aşağı hədd isə 1995-ci ildə 8,8 barel/kv.m olub.

Aparılan müşahidələr onu göstərir ki, neft birjalarında qiymətlərin davamlı dəyişməsi 5-7 ay gecikmə ilə daşınmaz əmlakın qiymətlərində özünü əks etdirir. Bu səbəbdən mənzil sahibi olmaq istəyənlər bir qədər tələsməlidirlər. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri