16 
Okt
2018
15:06
114
15
3019
Virtual karabakh

Zərərli Rusiya konservləri Azərbaycana buraxılmadı

16 Okt, 2018
15:06
3019

Zərərli Rusiya konservləri Azərbaycana buraxılmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kalininqrad vilayətində Azərbaycana göndərilməli olan balıq konservlərində yoxlama aparılıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti federal xidmətinin region üzrə idarəsi məlumat yayıb. 

Aparılan yoxlamalar zamanı həmin konservlərdə baytarlıq tələblərinin pozulması müəyyən edilib. 

Məlum olub ki, konservin tərkibində olan skumbriya balığının istehsal tarixi oktyabrın 1-də başa çatıb. Ancaq baytarlıq tələblərində istehsal tarixinin növbəti ilin fevralın 1-də başa çatacağı göstərilib. Bu səbəbdən mallar saxlanılıb. 

Qeyd edilib ki, Azərbaycana göndərilməli olan malın çəkisi 360 kiloqram olub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri