18 
Okt
2018
15:52
113
26
13882
Virtual karabakh

İki sığorta şirkətinin təkrarsığorta lisenziyası ləğv edildi

18 Okt, 2018
15:52
13882

İki sığorta şirkətinin təkrarsığorta lisenziyası ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə iki sığorta şirkətinə verilmiş təkrarsığorta lisenziyası və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, səkkiz nəfərə isə yeni lisenziyalar verilib.

Palatadan Oxu.Az-a verilən xəbərə görə, təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və beş nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları üç ay müddətinə dayandırılmışdı.

Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar səkkiz nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən səkkiz nəfər sığorta agentinə lisenziyalar verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri