17 
Dek
2018
22:07
44
513
7316
Virtual karabakh

Azərbaycanda hər dörd nəfərdən biri boşanır - STATİSTİKA

17 Dek, 2018
22:07
7316

Azərbaycanda hər dörd nəfərdən biri boşanır - STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin on ayında qeydiyyat şöbələri tərəfindən 50 min 882 nikah və 12 min 396 boşanma halları qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, beləliklə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Başqa cür ifadə etsək, təxminən hər 4 evlənəndən biri boşanıb.  

Dövlət Statistika Komitəsi məlumatına görə, ölkədə 48186 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,9 təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2826 nəfər gələn, Azərbaycandan isə 1360 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1466 nəfər təşkil edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri