25 
Yan
2019
15:13
371
31
3378
Virtual karabakh

“Şkoda” Azərbaycanda elektrobus istehsal etməyi təklif edir

25 Yan, 2019
15:13
3378

“Şkoda” Azərbaycanda elektrobus istehsal etməyi təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyanın tanınmış “Şkoda Transportation Group” şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.

Oxu.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, “Şkoda Transportation Group” şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib.

Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.

Əməkdaşlıqda maraqlı olan azərbaycanlı iş adamları AZPROMO-ya müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri