“Azəriqaz” İB və “Azəristiliktəchizat” ASC arasında olan borc məsələsi bitmiş hesab olunur”.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.
O, “Azəristiliktəchizat” ASC-yə borcun ödənməsi ilə bağlı dekabrın 15-nə qədər verilən möhlətin tamam olması ilə əlaqədar açıqlama verib:
“Hökumət məsələnin ciddiliyini nəzərə alaraq borcun ödənməsi ilə bağlı “Azəristiliktəchizat” ASC-yə 12 milyon manat vəsait ayırdı. Bu, qarşı tərəfin borcunun müəyyən hissəsidir. Hökumət vətəndaşları nəzərə alaraq borcun digər hissəsini də öz üzərinə götürür. Hazırda “Azəriqaz” İB-yə ödəniləcək 12 milyon manatın sənədləşmə prosesi həyata keçirilir. Borcun digər hissəsi də hökumət tərəfindən qarşılanacaq”.
“Azəriqaz” qazanxanalara qazın verilişini dayandırır? - AÇIQLAMA + VİDEO