Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır - VİDEO
“Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 1 300 hektarlıq çirklənmiş əraziləri var”.
“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda deyib.
Onun sözlərinə görə, bu irs də bizə sovet vaxtından miras qalıb: “Bu çirklənmiş torpaqların təmizlənməsi üçün məsləhətçilərlə diaqnostikanı aparırıq. Torpaqların tərkibindəki qatqılar müəyyənləşdiriləcək. Bu torpaqların təmizlənməsi üç mərhələdə həyata keçiriləcək”
Ə.İsayev əlavə edib ki, hazırda hökumətlə bu məsələyə baxılır: “Bəzi institutlar da bizə kömək edir. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) bizə texniki yardım layihəsi çərçivəsində dəstək göstərir. Çünki SOCAR tək başına bunu edə bilməyəcək”.

"COP29" teqi üzrə xəbərlər
- Rövşən Mirzəyev: "Azərbaycan okeanların idarəolunması barədə konfranslara qatılır"
- Ciddi perspektivlər vəd edən geosiyasi hadisə: Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyəti
- Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
- Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
- Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib