Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Mirzəliyev: “Ötən il istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib” - VİDEO/FOTO
“2022-ci il üzrə istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib. Ötən ilin noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 təşkil edib”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, təəssüf ki, bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan olmayıb:
“Ödəniş səviyyəsi Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 - 27,7%, Yasamal rayonu, Parlament prospekti 4 - 26%, Yasamal rayonu, Parlament prospekti 6 - 19%, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 152 - 25,5%, Yasamal rayonu, M.Xiyabani 8A - 15%, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 6- 24%, Nərimanov rayonu, F.Xoyski küçəsi 110 - 27,3%, Xətai rayonu, M.Hadi küçəsi 23 saylı bina - 27,51%, Xətai rayonu, R.Məmmədov küçəsi 26 saylı bina - 17,1%, Binəqədi rayonu Azadlıq prospekti 32/96 saylı bina - 13,4%, Suraxanı rayonu Hafiz Quliyev küçəsi 22 saylı bina - 14%, Suraxanı rayonu, Zaur Şərifov küçəsi 24 saylı bina - 17,4%, Səbail rayonu, S.İbrahimxəlilov küçəsi 4a saylı bina - 23% olub”.
O qeyd edib ki, əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır:
“Görülən işlər nəticəsində son mövsüm keçmiş qaçqın və məcburi köçkünlərin ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,6 %) alınmasına baxmayaraq, əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 652 min 400 manat ödənilməmiş borc məbləği mövcuddur”.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Azəristiliktəchizat ASC" teqi üzrə xəbərlər
- Azərbaycanda 30-40 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?
- Xətai rayonunda istilik problemi nə vaxt həll ediləcək?
- Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb?
- Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI
- Samir Şərifov "Azəristiliktəchizat"ın qazanxanaları barədə: "Səmərəlilik olduqca aşağıdır"