"İlham Mirzəliyev" teqi üzrə xəbərlər

İlham Mirzəliyev 1960-cı ildə anadan olub.

O, ixtisasca iqtisadçı-mühəndisdir.

1982-2000-ci illərdə "Azərenerji" Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini;

2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin "Bakı istilik şəbəkə" İstehsalat Birliyində baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini;

2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən, "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif edilib.

İqtisad üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 2 övladı var.