30 
May
2023
13:54
113
17
2144
Virtual karabakh

“Xanoba” sərhəd-buraxılış məntəqəsində yeniliklər tətbiq olunur - FOTO/VİDEO

30 May, 2023
13:54
2144

“Xanoba” sərhəd-buraxılış məntəqəsində yeniliklər tətbiq olunur - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” sərhəd-buraxılış məntəqəsində mediatur keçirilib.

Oxu.Az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd-Buraxılış Məntəqələrinin İşinin Təşkili Şöbəsinin rəisi Cəfər Quluzadə bildirib ki, Azərbaycanda bütün gömrük sərhəd-buraxılış məntəqələrində maddi-texniki təchizatın təkmilləşdirilməsi işləri mütəmadi qaydada həyata keçirilir:

“Yeni keçid məntəqəsində gün ərzində 550 yük, 1000 minik maşını və 30 ədəd avtobusun yoxlanıb buraxılması üçün şərait yaradılıb”.

Qeyd edək ki, gömrük məntəqəsində 13 hərəkət zolağı salınıb. Bu zolaqlardan biri VIP, ikisi avtobus, dördü minik, altısı isə yük maşınlarının keçidi üçün nəzərdə tutulub.

Burada temperaturun ölçülməsi cihazı da quraşdırılıb. Eyni zamanda, yük maşınlarının alt hissəsini çəkmək üçün xüsusi kameralar quraşdırılıb.

C.Quluzadə qeyd edib ki, sürücülər nəqliyyat vasitəsini tərk etmədən pasport yoxlanışından keçə bilərlər.

Şöbə rəisi bildirib ki, Azərbaycanla Gürcüstan arasında da yeni gömrük sərhəd-buraxılış məntəqəsinin tikilməsi ilə bağlı işlər aparılır:

“Hazırda hüquqi işlər aparılır. Yaxın zamanda məntəqənin tikilməsi ilə bağlı yer müəyyən olunacaq”.

Daha çox şəkil burada: PhotoStock.Az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri