Yevlax Pilot Aqroparkda fərdi sahibkarlar Tural Əfəndiyev, Fəriyaz Rüstəmov, Mehti Ağagülov və İlham Lələyevə rezident statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
“Rezidentlər 77,8 hektar sahədə investisiya dəyəri 727 min manat olan intensiv meyvə bağları salacaq, 20 nəfəri daimi, 75 nəfəri isə mövsümi işlə təmin edəcəklər” - deyə o qeyd edib.
Yevlax Pilot #Aqropark-da fərdi sahibkarlar Tural Əfəndiyev, Fəriyaz Rüstəmov, Mehti Ağagülov və İlham Lələyevə rezident statusu verilib. Rezidentlər tərəfindən 77,8 hektar sahədə #investisiya həcmi 727 min ₼ olan intensiv meyvə bağları salınacaq, 20 nəfər daimi, 75 nəfər isə… pic.twitter.com/147JzPkWr1
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 5, 2023