Dek
2023
12:12
23
32
1032
Virtual karabakh

“Azəriqaz” rəsmisi: “Azəristiliktəchizat”ın 37 milyon manatdan çox borcu var”

1 Dek, 2023
12:12
1032

“Azəriqaz” rəsmisi: “Azəristiliktəchizat”ın 37 milyon manatdan çox borcu var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəristiliktəchizat” ASC-nin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 01.11.2023 tarixinə 37,5 milyon manat həcmində debitor borcu var”.

APA xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, qeyd olunan məbləğin 22,9 milyon manatı öz təsdiqini tapıb və razılaşdırılıb, lakin yerdə qalan məbləğ hələ ki, müzakirə mövzusudur.

“Yəqin ki, iki dövlət qurumu arasında qalan məbləğ mövzusu öz həllini tapacaq”, - Eldəniz Vəliyev qeyd edib.

Qeyd etmək lazımdır ki, 2021-2022-ci illərin istilik mövsümündə “Azəristiliktəchizat”ın istifadə edilmiş qaza görə “Azəriqaz”a debitor borcu ilə bağlı məsələ gündəmdə idi, lakin sonra problem öz həllini tapdı.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri