20 
Fev
2024
23:43
13
248
2127
Virtual karabakh

Kürdəmir sakininin evinə quraşdılan yeni sayğacda 100 manatdan çox borc yazılıb - VİDEO

20 Fev, 2024
23:43
2127

Kürdəmir sakininin evinə quraşdılan yeni sayğacda 100 manatdan çox borc yazılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni sayğac quraşdırılsa da, 100 manatdan çox borc yazılıb.

Xezerxeber.az-ın məlumatına görə, belə ki, Kürdəmir rayon sakinləri yeni evlərinə qaz xəttələrinin çəkilməsi üçün aidiyyəti üzrə müraciət ediblər. Müraciət əsasında Rayonun Şıxımlı kənd sakinləri Anar və Pərviz Şirəliyev qardaşlarının yaşadıqları ünvana yeni qaz xətti çəkilərək hər biri ayrılıqda qaz sayğacları ilə təmin olunublar.

Pərviz Şirəliyevin sözünə görə, yanvar ayının 23-də quraşdırılan sayğacla bərabər ona borc da yazılıb.

Pərviz Şirəliyevlə yanaşı qardaşı Anar Şirəliyevin mənzilinə fevralın 15-də yeni qaz sayğacı quraşdırılıb. Analoji vəziyyət həmin vətandaşın da başına gəlib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu cür hadisə ilə nadir hallarda rastlaşılır. Dərhal rayon istismar sahəsinin əməkdaşları tərəfindən  sayğaclara baxış keçirilib. Yeni quraşdırılan sayğacın üzərində olan borc kimi göstərilən məbləğ sıfırlanaraq sakinlərin istifadəsinə verilib.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri