Xırdalanda Abşeron Gənclər Şəhərciyində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, yanğın bu gün axşam saatlarında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 kv.m sahədə yanıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 5 nəfərə yerində ilkin tibbi yardım göstərilib.
Aygün Mirakif