Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Abşeronda evdən 10 000 manatlıq oğurluq: Kirayədə qalan şəxs tutuldu
Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan, əvvəllər məhkum olunmuş E.Zöhrabov müəyyən olunaraq saxlanılıb.
Keçirilən digər tədbirlərlə rayon ərazisində marketlərin birindən 3300 manat dəyərində tütün məmulatı, 270 manat dəyərində kameranın yaddaş qurğusu və ödəmə terminalından 6705 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Ə.Məmmədov, F.Əliyev və F.Ovçiyev də müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik"
- Sosial şəbəkədə dələduzluqla məşğul olan şəxs saxlanıldı
- Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi
- Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi