Abşeron rayonu ərazisində, tullantılar yığılmış ərazidə başlayan güclü yanğın söndürülüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Aygün Mirakif
Abşeron rayonu ərazisində, tullantılar yığılmış ərazidə güclü yanğın başlayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları hadisə yerinə cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.