Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində quru ot və kol-kos yanıb.
Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.