Abşeron rayonunda çoxmərtəbəli binadan yıxılaraq həyatını itirən 15 yaşlı yeniyetmə ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron" yaşayış kompleksinin 25-ci binasında baş verib.
İlkin məlumatlara əsasən, hadisə vaxtı 2010-cu il təvəllüdlü İlqar Quliyev evdə tək olub. Onun valideynləri həmin vaxt işdə olublar. Valideynləri hadisə barədə sonradan xəbər tutublar.
Faktla bağlı araşdırma aparılır.
Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.
Oxu.Az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.
İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.
Nəticədə o, hadisə yerindəcə vəfat edib.
Məhərrəm Əliyev