Ağcabədi şəhərində üç minik avtomobilinin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Vahid Nail oğlu Ələkbərov hadisə yerində ölüb, Hacımirzə Mərdan oğlu Rzayev və Rəhman Anar oğlu Cəfərov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisəyə rayon sakini Hacımirzə Rzayevin avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.
Xəstəxanaya çatdırılan Hacımirzə Rzayevə daxili orqanlarının kəskin zədələnməsi, Rəhman Cəfərova isə ayaqlarının müxtəlif dərəcəli sınıqları diaqnozları qoyulub.
Qeyd edək ki, avtomobilin sürücüsü H.Rzayevin atası Mərdan Rzayev Ağcabədi rayonunun Cümə məscidinin keçmiş axundu olub.
Faktla bağlı araşdırma aparılır.