Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağcabədidəki dəhşətli qəzada həlak olan daha bir nəfərin meyiti tapıldı
Fevralın 28-i Ağcabədidə baş verən zəncirvari qəzada həlak olan daha bir şəxsin meyiti tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayevin meyiti bu gün ərazidən tapılıb.
Xatırladaq ki, dünən baş verən qəzada beş nəfərin həlak olduğu bildirilmişdi. Qəza nəticəsində ölənlər 1990-cı il təvəllüdlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur.
Bununla qəzada ölənlərin sayı altı nəfərə çatıb.
Aygün Mirakif