Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağdamda sinəsinə armatur batan şəxs ÖLDÜ
Ağdamda iş zamanı yıxılaraq sinəsinə armatur batan şəxsin xəstəxanada ölüm səbəbi məlub olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 13 may, saat 11-də 1992-ci il təvəllüdlü şəxs (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasında hospitalizasiya olunub.
"Ona metal yad cisminin təsirindən müxtəlif travmalar səbəbi ilə posttravmatik və posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:20-də onun ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Ağdamda iş zamanı yıxılaraq sinəsinə armatur batan şəxs xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan fəhlə Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaralı xəstəxanada dünyasını dəyişib.
İşğaldan azad edilmiş Ağdam şəhərində tikintidə hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, tikintidə işləyən fəhlə Sənan Mustafayev yıxılıb və sinəsinə armatur batıb. Yaralı Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.
Yaralının xilas edilməsi məqsədilə diaqnostika mərkəzinə FHN-in xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Aqil Vəlili