Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Oxu.Az xəbər verir ki, o, Ağdaş rayonu Cardam kənd sakini, 1967-ci il təvəllüdlü Əzim Hüseyn oğlu Əzimovdur. Ə.Əzimov Rusiya tərəfindən müharibədə iştirak edirmiş.
Onun nəşi Ağdaşın Cardam kəndində dəfn olunub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya ordusu sıralarında döyüşlərə qatılan Lənkəran rayon Morsa kənd sakini İsmayıl M. aldığı xəsarətlərdən həyatını itirmişdi.
Əli Məmmədov