Ağdaşda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yuxarı Ləki kəndi ərazisində baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Ramis Əsgər oğlu Hacıyev idarə etdiyi VAZ-2101 markalı avtomobil ilə yolu keçmək istəyən piyada 1966-cı il təvəllüdlü Əvəz Hümbət oğlu Şərifovu vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.
Aygün Mirakif