Tərtər rayonunda dəm qazından zəhərlənən şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 9-da, saat 16:15-də dəm qazından zəhərlənmə səbəbi ilə bir nəfər (qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Hazırda pasiyentin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.
Tərtər rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, yanvarın 9-da baş verən hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər zəhərlənib.
Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşviq Əsəd oğlu Əzimov və onun anası 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Nəticədə Müşviq Əzimov həyatını itirib, S.Əzimova isə zəhərlənib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Əzizə İsmayılova