Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ayxan Budaqlı sakini olduğu kəndin ərazisində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12