Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər evə buraxılıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, Bu gün gecə saat 00:35-də yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1998, 1999, 2004-cü il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sıyrılmış yaraları diaqnozları təyin edilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri kafi qiymətləndirildiyi üçün evə buraxılıblar.
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində iki VAZ markalı avtomobil toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan 1998-ci il təvəllüdlü Mahir Hüseynov, 2004-cü il təvəllüdü Yasin Kazımov və 1999-cu il təvəllüdlü Taleh Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.